Qəzada ölən əfsanəvi basketbolçu və onun qızının meyitinin analizlərinin cavabı məlum oldu

Qəzada ölən əfsanəvi basketbolçu və onun qızının meyitinin analizlərinin cavabı məlum oldu

Yanvarın 26-da vertolyot qəzasında həyatını itirən dünyaca məşhur basketbolçu Kobe Braynt və onun qızı Giannanın ölümündən 110 gün sonra meyitlərin analizinin cavabları çıxıb.
 
Sport7.az xəbər verir ki, analizlər zamanı Brayntın qanında yuxu və konsentrasiya pozulması, o cümlədən xroniki yorğunluğun müalicəsində istifadə edilən "Ritalin" adlı dərmanın tərkib hissəsi olan metilfenidat maddəsi aşkarlanıb.  
 
Vertolyotun 50 yaşlı erməni pilotu Ara Zobanyanda isə heç bir narkotik və ya alkolik tərkibli maddələr aşkaranmayıb. Qəzadan təxminən 3 ay yarım sonra analizin cavabları açıqlansa da, qəzanın yaranma səbəbinin hələ də araşdırıldığı bildirilib.
 
Morq analizlərinin cavabına əsasən digər yolçular kimi Kobenin də demək olar bütün bədənində zədələr yarandığı və bunların həmin an olmasa da, çox qısa bir zamanda qəza qurbanlarının ölümünə səbəb olduğu bildirilib. 
 
Hadisə ilə əlaqədar Kobenin digər Vanessa Braynt, o cümlədən həyat yoldaşı Kristofer Çester həm vertolyotu istehsal edən şirkətdən, həm də onun erməni pilotu haqda məhkəməyə şikayət etmişdi. Onlar birbaşa pilotun günahkar olduğunu iddia etmişdi.
 
Yanvarın 26-da baş vermiş vertolyot qəzasında Kobe Braynt və onun qızı Cianna ilə yanaşı, məşqçi Con Altobelli, onun həyat yoldaşı Keri, qızı Alissa, Ciannanın şəxsi məşqçisi Kristina Mauzer,  Sara Çester və onun qızı Payton, bir də pilot Ara Zobayan ölmüşdü.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR