Qılıcoynadanlarımız pley-offdan o tərəfə keçə bilmədi

Qılıcoynadanlarımız pley-offdan o tərəfə keçə bilmədi

Yeniyetmə qız sablyaçılarımız Slovakiyanın paytaxtı Bratislavada keçirilən "Cadet Circuit" turnirində iştirak edib.
 
Sport7.az xəbər verir ki, şpaqaçılarımızdan qrup mərhələsində 6 görüşdən 4-nü qalib başa vuran Azərin İdriszadə pley-offda Slovakiya idmançısına 15:7 hesabı ilə qalib gəlsə də, növbəti görüşündə Yunanıstan təmsilçisinə 8:15 hesabı ilə məğlub olub.
 
Qrupda keçirdiyi 6 görüşdən 2-ni qələbə ilə bitirən Alfiya Abdinova pley-offda fransalı rəqibinə 5:15 hesabı ilə uduzub.
 
Qrup mərhələsində 1 qələbəsi olan Nazilə Rəhimova pley-offa yüksələ bilməyib.
 
Komanda yarıışında isə şpaqaçılarımız Yunanıstanı təmsil edən kollektivə 41:42 hesabı ilə məğlub olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR