Qız futbol oyununa getdiyinə görə həbs edildi

Qız futbol oyununa getdiyinə görə həbs edildi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kişi paltarı geyinmiş qız futbol matçına getdiyinə görə həbs edilib. Paytaxt sakini ölkə çempionatının "Əl-Şabab” və "Əl-Etihad” komandaları arasında keçirilən oyunu izləməyə gedib. Sport7.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə "Lenta.ru” Britaniyanın "Independent” qəzetinə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanı qanunvericiliyinə görə, idman tədbirlərinə getmək icazəsi yalnız kişilərə verilir. Qız internet vasitəsilə bilet əldə edərək, kişi paltarı geyinir və üzünü örpəklə örtür. Bu, ona bileti yoxlamadan keçirib stadiona rahat şəkildə daxil olmağa imkan verir.

Amma futbol həvəskarı oyuna sona kimi baxa bilmir. Kral Fəhd adına stadionun təhlükəsizlik xidməti qanunu pozanı aşkar edərək onu hüquq-mühafizə orqanlarına təhvil verir.

Polisin nümayəndəsi qadına hansısa ittihamın irəli sürülməsi barədə məlumat verməyib, lakin bu insidentin yerli hakimiyyət tərəfindən diqqətlə araşdırılacağını bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR