Qızıl Avropa Liqası: Azərbaycan millisi qələbə üzünə həsrət qaldı

Qızıl Avropa Liqası: Azərbaycan millisi qələbə üzünə həsrət qaldı

Qadın voleybolçuların Qızıl Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.

C qrupunda mübarizə aparan Azərbaycan millisi 6-cı tur çərçivəsində Finlandiyanın qonağı olub. Covanni Kapraranın yetirmələri bu görüşdə də məğlubiyyətlə barışmalı olublar. Voleybolçularımız 0:2 geridə olmalarına baxmayaraq, oyunu tay-breykə daşıya biliblər. Lakin yığmanın bundan artığına gücü çatmayıb. Finlər həlledici setdən üstün ayrılaraq, 3:2 hesablı qələbə qazanıblar.

Azərbaycan millisi qrup mərhələsini qalibiyyətsiz, 2 xalla sonuncu sırada başa vurub. Finlandiya 5 xalla üçüncü olub. C qrupunda pley-offa yüksələcək komandanın kimliyinə isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq İspaniya - Belarus görüşündə aydınlıq gələcək.


Qızıl Avropa Liqası

Qrup mərhələsi

C qrupu

6-cı tur

Finlandiya - Azərbaycan - 3:2 (25:19, 29:27, 27:29, 19:25, 15:13)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR