Qızıl Avropa Liqası: Azərbaycan millisindən növbəti məğlubiyyət

Qızıl Avropa Liqası: Azərbaycan millisindən növbəti məğlubiyyət

Qadın voleybolçuların Qızıl Avropa Liqasında növbəti görüşlər keçirilib.

C qrupunda mübarizə aparan Azərbaycan millisi 4-cü tur çərçivəsində Bakıda Belarusla qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupdakı dördüncü görüşündən də məğlub ayrılan yığmamız hazırda 1 xalla dördüncü pillədə qərarlaşıb.


Qızıl Avropa Liqası

Qadınlar

C qrupu

4-cü tur

Azərbaycan - Belarus - 1:3 (21:25, 19:25, 28:26, 34:36)


Voleybolçularımız növbəti turda İspaniya ilə qarşılaşacaq. Oyun iyunun 12-də keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR