"Qolden Steyt" NBA finalında

NBA-da Qərb konfransının final seriyasında dördüncü görüş keçirilib.

"Portlend" "Qolden Steyt"i qəbul edib. Üçüncü periodun gedişində ev sahibləri fərqi 17-yə çatdırsalar da, matçın sonlarına yaxın geri dönüş edən "Vorriorz" qarşılaşmanı overtayma apara bilib. Əlavə vaxtda üstün olan "Qolden Steyt" seriyanı 4:0 öndə bitirərək Qərb konfransının qalibi kimi NBA finalına vəsiqə qazanıb.

Stefen Körri 37 xal, 13 ribaund, 11 assistlə tripl-dablını rəsmiləşdirib. "Portlend"in heyətində Meyers Leonard 30 xal, 11 ribaundla, Demyan Lillard isə 28 xal, 12 assistlə oynayıb.


NBA

Pley-off

Qərb konfransı (final seriyası)

"Portlend Treyl Bleyzers" - "Qolden Steyt Vorriorz" - 117:119 (overtaym)

Seriyada hesab - 0:4 ("Qolden Steyt" NBA finalında)


Qeyd edək ki, bu, "Qolden Steyt"in ardıcıl 5-ci, ümumilikdə isə 11-ci konfrans çempionluğudu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR