"Qolden Steyt" Qlenn Robinson və Villi Kouli-Staynla anlaşıb

Qlenn Robinson karyerasını "Qolden Steyt"də davam etdirəcək.

İnsayder Şems Çaraniyanın məlumatına görə, Robinson "veteran minimumu" şərtləri daxilində 2 illik müqaviləyə imza atacaq. 25 yaşlı basketbolçu son mövsümü "Detroyt"un heyətində keçirib. O, 4,2 xal və 1,5 ribaund ortalamaları ilə yadda qalıb.

"Vorriorz" Villi Kouli-Staynı da heyətinə qatıb. Zak Lounun sözlərinə görə, 25 yaşlı mərkəz oyunçusunun müqaviləsi "minimum"dan çox da fərqlənmir.

Kouli-Stayn NBA-dakı ilk dörd mövsümü ərzində yalnız "Sakramento"nun formasını geyib. Onun 2018-19 mövsümü üzrə ortalama göstəriciləri belədi: 11,9 xal, 8,4 ribaund və 2,4 asist.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR