"Qolden Steyt" Şon Livinqstonla yollarını ayırır

"Qolden Steyt" Şon Livinqstonla yollarını ayırmaq qərarına gəlib. Bu barədə ESPN məlumat yayıb.

Livinqstonun 2019-20 mövsümü üzrə müqavilə dəyəri 7,7 milyon dollardı. Bunun 2 milyonu zəmanətlidi.

33 yaşlı basketbolçu karyerasını bitirmək niyyətində deyil. O, NBA-da 16-cı mövsümünü keçirmək istəyir.

2014-cü ildən bəri "Qolden Steyt"də çıxış edən Livinqston komanda ilə birlikdə 3 dəfə NBA-nın qalibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR