"Qolden Steyt"də itki: Kazıns üçün mövsüm bitdi

"Klippers"lə seriyanın ikinci oyununda (131:135) zədələnərək meydanı ilk periodda tərk edən DeMarkus Kazınsın vəziyyətinə aydınlıq gəlib.

"Yahoo! Sports"un məlumatına görə, "Qolden Steyt"in mərkəz oyunçusu sol büd sümüyünün dördbucaq əzələsindəki zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Kazınsın potensial final seriyasına yetişmək ehtimalı belə çox azdı.

Qeyd edək ki, hazırda "Qolden Steyt" - "Klippers" seriyasında hesab bərabərdi - 1:1.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR