"Qolden Steyt"dən Kley Tompsona 190 milyon dollarlıq yeni müqavilə

"Qolden Steyt" Kley Tompsona 5 illik, 190 milyon dəyərində müqavilə təklif edib.

"The New York Times"-in jurnalisti Mark Staynın məlumatına görə, tərəflər arasında razılıq əldə olunub.

2018-19 mövsümündə 29 yaşlı basketbolçu 21,5 xal, 3,9 ribaund və 2,4 assist ortalamaları ilə oynayıb.

Qeyd edək ki, Kley Tompson NBA final seriyasının gedişində sol dizinin çarpaz bağlarından zədə almışdı. Bu səbəbdən onun növbəti mövsümünün böyük hissəsini qaçıracağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR