"Qolden Steyt"in yerində olsaydım, Karmelo Entoni ilə müqavilə imzalamağa çalışardım" - Kendrik Pörkins

Sabiq NBA oyunçusu və ESPN-nin mütəxəssisi Kendrik Pörkins "Qolden Steyt"in heyətini Karmelo Entoni və Camal Krouford kimi təcrübəli basketbolçularla gücləndirməli olduğunu düşünür:

"Hazırda "Qolden Steyt"in yerində olsaydım, ciddi şəkildə Karmelo Entoni və ya hələ də klubsuz olan təcrübəli oyunçulardan biri ilə müqavilə imzalamağa çalışardım. Məsələn, Camal Krouford, Co Conson və ya Lens Stivenson. Onlar hücum planında "Vorriorz"a yardımçı ola bilərlər".

Qeyd edək ki, "Finiks"lə görüşdə "Vorriorz"un point-qardı Stefen Körri sıradan çıxmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR