Qonşu ölkədə çempionat dayandırıldı

Qonşu ölkədə çempionat dayandırıldı

Qazaxıstan çempionatı koronavirus pandemiyasına görə yenidən dayandırılıb.

Sport7.az xəbər verir ki, bu barədə Qazaxıstanın Peşəkar Futbol Liqası məlumat yayıb.

Ölkə ərazisində pandemiyaya yoluxma sayı artmağa başladığına görə iyulun 5-dən etibarən 14 günlük karantin rejimi tətbiq olunacağı bildirilib. Tətbiq olunan qadağalar arasında idman yarışlarının keçirilməsi də var. Buna görə də Qazaxıstan çempionatında da azı iki həftəlik fasilə yaranıb. Lakin bu fasilənin müddəti uzadıla da bilər.

Qeyd edək ki, digər Avropa ölkələrində olduğu kimi, mart ayında Qazaxıstanda da çempionat koronavirusa görə dayandırılmışdı. İyulun 1-də isə çempionat bərpa olunmuş və 3-cü turun qarşılaşmaları keçirilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR