Qovulduğu klubdan şikayət edib 15 milyon dollar aldı

Qovulduğu klubdan şikayət edib 15 milyon dollar aldı

Slaven Biliç Səudiyyə Ərəbistanı Liqasında bir müddət baş məşqçisi olduğu "Əl-İttihad"dan rekord səviyyədə təzminat qazanıb.
 
Sport7.az xəbər verir ki, hazırda İngiltərə Premyer Liqasında "Vest Bromviç"i çalışdıran xorvat mütəxəssis ərəb klubuna təyinatından cəmi 5 ay sonra qovulmuşdu. Sonradan FİFA-ya müraciət edən Biliç şikayətinə baxılıb və ərəb klubunun ona 15 milyon dollar ödəməli olduğu haqda qərar çıxarıb. 
 
Ötən ilin fevralında 2021-ci ilə qədər olan müqaviləsinə xitam verilən Biliçə qeyd edilən məbləin 1 ay ərzində ödənilməsi ilə bağlı FİFA ərəb klubuna xəbərdarlıq edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR