Qran-pridə Azərbaycanı kimlər təmsil edəcək?

Qran-pridə Azərbaycanı kimlər təmsil edəcək?

Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığmasının Henri Deqlan Qran-pri turniri üçün heyəti bəlli olub.

Federasiyadan Sport7.az-a verilən məlunata görə, yarışda ölkəni baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında 9 idmançı təmsil edəcək.

Turnirin sonuncu günündə Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

Qeyd edək ki, yunan-Roma güləşçiləri yanvarın 17-də tatami üzərinə çıxacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR