Qriffin

Qriffin "Miluoki" seriyasının tamamını qaçıra bilər

"Detroyt"un forvardı Bleyk Qriffin "Miluoki" ilə oynanılan seriyanın tamamını buraxa bilər.

30 yaşlı basketbolçu dizindəki zədə səbəbindən komandasına kömək edə bilmir. "Yahoo! Sports"un məlumatına görə, Qriffinin seriyanın digər görüşlərini də qaçırmaq ehtimalı olduqca yüksəkdi.

Qeyd edək ki, Şərq konfransında 8-ci olan "Detroyt" pley-off ilk turu çərçivəsində oynanılan ilk matçda səfərdə "Miluoki"yə 86:121 hesabı ilə məğlub olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR