Qriqorçukun qələbə şərhi

Qriqorçukun qələbə şərhi

Topaz Premyer Liqasının VI turunda "Qəbələ” səfərdə "Rəvan”ı 3-0 hesabı ilə üstələdi. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən qonaqların baş məşqçisi Roman Qriqorçuk qələbəni şərh edib:

"Biz hər zaman hücum futbolu oynayırıq. Qarşılaşmalara 4 hücumçu ilə çıxırıq. Vüqar Nadirovun oynamadığına gəlincə, hələ meydançaya çıxmağa tam hazır deyil. Digər yeni transferimiz  Derlis Meza Kolli  isə artıq 1 oyunda meydançada olub. Lakin idmanda belə bir qayda var ki, futbolçu dincəlməlidir. Əsas məsələ "Krasnodar"la oyuna hazır olmasıdır. Onda hər şey qaydasındadır. Biz üç xal barəsində düşünürdük. Hər iki cəbhədə mübarizə apardığımız üçün qələbə digər oyuna köklənmək baxımından önəmlidir”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR