Qrizmann

Qrizmann "Atletiko"dan ayrılır - RƏSMİ

"Atletiko"nun hücumçusu Antuan Qrizmann mövsümün sonunda komandanı tərk edəcək.

Madrid klubu məlumatı təsdiqləyib.

Qrizmannın karyerasını "Barselona"da davam etdirəcəyi gözlənilir. İyul ayının 1-dən sonra onun sərbəst qalma məbləği 200 milyon avrodan 120 milyon avroya düşəcək.

"Birlikdə keçirdiyimiz möhtəşəm beş ilə görə hamınıza təşəkkür edirəm. Həmişə ürəyimdə sizə yer olacaq", - deyə Qrizmann "Atletiko" azarkeşlərinə müraciətində qeyd edib.

Fransız futbolçu 2014-cü ildə 30 milyon avro qarşılığında "Real Sosyedad"dan transfer edilmişdi. Madrid klubunun heyətində 256 matçda meydana çıxan Qrizmann 133 dəfə rəqib qapılarına yol tapıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR