"Quardiola haqqında düşünməmək axmaqlıq olar" - "Yuventus"un prezidenti

"Yuventus"un prezidenti Andrea Anyelli "La Gazzetta dello Sport"a açıqlamasında baş məşqçi Mauritsio Sarrinin işini qiymətləndirib.

Anyelli adı "Yuventus"la birlikdə hallanan Pep Quardiolanın mümkün təyinatına da fikir bildirib:

"İtaliya Superkuboku uğrunda oynanılan matç istisna olmaqla, Sarrinin rəhbərliyi altında mövsümün ilk yarısı yaxşı keçdi. Hər şey gözləntilərə uyğundu. Məşqçinin ünvanına səsləndirilən tənqidlər isə yersizdi.

"Yuventus"da önəmli olan baxımlı oyun yox, nəticədi. Sarrinin oyun modelinin hazırkı etapda bizə uğur qazandıra biləcəyinə inandığımız üçün onu komandaya dəvət etdik. Biz yeni mərhələyə qədəm qoymaq istəyirik.

Mən mövsümün sonunda hər şeyi dəyərləndirəcəm. Fevralda yekunlar barədə düşünmək axmaqlıqdı. Statistika bizim həmişə qələbə qazanmağımızın mümkünsüz olduğunu deyir. Amma ideyalarımızın doğruluğuna dair şübhəmiz yoxdu.

Quardiola haqqında düşünməmək axmaqlıq olar. Amma indilik Pep "Siti"də xoşbəxtdi. Biz isə Sarridən razıyıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR