Quardiola:

Quardiola: "Həmişə oyunlardan sonra hakimlərə təşəkkür edirəm" (FOTO)

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Liverpul"la oyundan (1:3) sonra matçı idarə edən hakimlərə yaxınlaşmış və artistik şəkildə onların əlini sıxmışdı.

Katalon mütəxəssis mətbuat konfransında məsələyə aydınlıq gətirib:

"Sarkazm deyildi. Mən həmişə oyunlardan sonra hakimlərə təşəkkür edirəm. Evdə "Tottenhem"lə oynadığımız matçdan sonra da eynisini etmişdim. Həmişə hakimlərə yaxınlaşanda onlara "çox sağ olun" deyirəm.

Kənardan, bəlkə də, nəticədən narazı biri kimi görünürəm. Bu, mənim üçün elə də xoş deyil. Hərçənd bir penaltimiz verilmədi. Penalti qərarı verilsəydi, oyunun yekun nəticəsi necə olardı, bilmirəm".

Qeyd edək ki, qarşılaşmanın baş hakimi Maykl Oliver idi.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR