Quardiola:

Quardiola: "Mərkəz müdafiəçilərimizin zədələnməsi bizim üçün problem yox, çağırışdı"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola komandasında mərkəz müdafiəçiləri ilə bağlı yaranan çətinliklərə münasibət bildirib:

"Müdafiənin mərkəzi üçün bir neçə variantımız var. Gənc oyunçularımıza güvənirik. Onların performansından razıyıq və potensiallarına inanırıq.

Biz bunu problem kimi yox, çağırış kimi görürük. Ötən illərdə baş verənlərdən sonra komandama şübhə ilə yanaşmıram. Təbii ki, məğlub olmaq olar. Uduzmamalı olduğumuzu düşünürsünüzsə, bu, sizin probleminizdi. Amma son 8 ay ərzində cəmi 1 dəfə uduzan bir komandanın gücünüə niyə şübhə ilə yanaşmalıyıq?"

Qeyd edək ki, Con Stounz və Emerik Laportun sıradan çıxmasından sonra "Mançester Siti"nin heyətində cəmi 1 mərkəz müdafiəçisi - Nikolas Otamendi - qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR