Quliyev

Quliyev "fərqləndi", komandası qələbə qazandı

Litva 1-ci liqasında 28-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi "Jonava” da növbəti matçına çıxıb. Doğma meydanda "Banqa” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Cari mövsümdə 10 qol vuran futbolçumuz start heyətində meydana çıxıb, sonadək mübarizə apardığı qarşılaşmada fərqlənə bilməyib. Əvəzində o, 83-cü dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.

"Jonava” hazırda 40 xalla 7-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR