Qurban Qurbanov:

Qurban Qurbanov: "Ansi əsl “Qarabağ”lıdı"

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail” üzərində səfərdə 2:1 hesablı qələbə qazanan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib: "Vacib 3 xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısı etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm"

- Müdafiədə kobud səhvlər gördük. Xüsusilə, Bədavidə. Bu barədə nə deyə bilərsiniz?
 
- Səhvsiz mümkün deyil. Tək Bədavi səhv etmədi. "Səbail”in oyunu da buna hesablanmışdı ki, mərkəzdəki səhvlərdən sonra kəskin hücum qursunlar. Futbol o yerə çatıb ki, hər bir komanda rəqibi səhvə vadar etməklə məşğuldu. Ancaq ümumən futbolçulardan razı qaldı.

- Ansi Aqolli bu gün komandanızla vidalaşdı...
 
- Futbol sahəmizdə elə bir insan yoxdu ki, Ansinin xətrini istəməsin. O, ən yaxşısına layiqdi. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədi. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans düşüb əlinə. O, 9 ildi bizimlədi və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi əsl "Qarabağ”lıdı. (Sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR