Qurban Qurbanov:

Qurban Qurbanov: "Bir qol çatmadı"

"Məncə bu oyunda qol çatışmadı. Sonadək mübarizə apardıq və hücumda olmağa çalışdıq. Ən çox razı qaldığım müdafiə xəttimiz oldu. Rəqibin də yaxşı müdafiə xətti vardı. Sadəcə, bir qol çatışmadı. Çox istərdim ki, azarkeşlərimiz də sevinsin. Bu, həm mənim, həm də futbolçularım üçün ilk təcrübə idi". Sport7.az xəbər verir ki, bu sözləri "Sent-Etyen"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi azarkeşlərə təşəkkür edib: Çalışacağıq ki, hər bir oyunda yaxşı çıxış edək. Azarkeşlərimizə "çox sağolun" deyirəm. Belə azarkeş olanda millətimizin birliyi hiss olunur. Stadionda bayrağımızın dalğalanması da bizə bir güc idi". 

Qurbanov ikinci yarıda meydana buraxdığı Vüqar Nadirovdan razı qalıb: "Ondan razı qaldım. Meydana çox istəkli çıxdı. Əlindən gələni etdi. Bəlkə də daha yaxşı oyun gözlənilirdi. Oyun ərzində mövqeyini iki dəfə dəyişdim. Amma rəqibin güclü müdafiə xətti vardı". 

Maksim Medvedev oyundan sonra açıqlama verərək 1 xal qazanmadıqlarını, 2 xal itirdiklərini deyib. Baş məşqçi yetirməsinin də fikirlərinə münasibət bildirib: "Belə danışmasını alqışlayıram. Amma bu gün bir xal qazanmışıq. Daha çox qazanmağa çalışacağıq. Baş məşqçi kimi qarşıma təcrübəmi artırmağı məqsəd qoymuşam. Belə komandalara qarşı oynamağı düşünürüksə, çempionatda da yaxşı çıxış etməliyik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR