Qurban Qurbanov:

Qurban Qurbanov: "Bu, bizim yaralı yerimizdi"

Topaz Premyer Liqasının ilk turunda "Qəbələ" son çempion "Qarabağ"la heç-heçə oynadı. Sport7.az saytı xəbər verir ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib.

Təcrübəli çalışdırıcı Avropla Liqasının pley-off mərhələsindəki rəqibi "Yanq Boyz"dan da danışıb: "Əvvəlcə jurnalist Rasim Əliyev və veteren futbolçu Mübariz Zeynalovun vəfatı ilə əlaqədar yaxınlarına baş sağlığı verirəm. Açığı, matçdan öncə baş verənlərə görə bir qədər oyuna köklənməklə bağlı problemimiz var idi. İstəsək də, istəməsək də, diqqətimiz baş verənlərə yönəlmişdi. Maraqlı qarşılaşmaya şahidlik etdik. "Qəbələ" çox səviyyəli, oyundan-oyuna artıran bir komandadı. Heç-heçəni pis nəticə kimi qəbul etmirəm.  Növbəti turlarda daha yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Düzdü, hazırda əsas fikrimizi çempionat oyunlarına yönəltmişik. Ancaq özümüzdən asılı olmayaraq, "Yanq Boyz"u da yaddan çıxara bilmirik. Pley-offdakı rəqibimizin son oyunu izlədim. Hər iki qolu standart vəziyyətdən vurdular. Bu, bizim yaralı yerimizdi. Bu gün ilk qolu da standar vəziyyətdən buraxdıq. Çalışacağıq ki, İsveçrə təmsilçisinə qədər bu çatışmazlığı aradan qaldıraq".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR