Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən tədbridə iştirak edəcək.
Sport7.az xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb.
Xəbərə görə, quruma üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri də sentyabrın 23-də İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirə dəvət olunublar.
Qeyd edək ki, təbdirdə ilin ən yaxşı baş məşqçisi və futbolçusu bəlli olacaq.
Sport7.az