Qurban Qurbanov:

Qurban Qurbanov: "Linfild" olduqca istəklidi"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Linfild"lə oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Açıqlamalardan hiss olunur ki, "Linfild" olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR