Qurban Qurbanov:

Qurban Qurbanov: "Mahir get-gedə böyüməyə başlayır"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubuyla cavab oyunu öncəsi mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, "Azərsun Arena"da jurnalistlər qarşısına çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı matç haqda fikirlərini açıqlayıb: "Həqiqətən vacib oyuna çıxırıq. Rəqiblə bağlı diqqətli olmalıyıq. Bildiyiniz kimi, APOEL-in baş məqçisi dəyişilib. Ona görə meydanda bacardıqca, çox düşünərək oynamalıyıq. Futbolçularımıza lazımınca qədər məlumat vermişik. Sabah yaxşı oyunla, yaxşı nəticəylə sizləri sevindirməliyik".

- Kipr mətbuat yazılana əsasən siz rəqibdəki baş məşqçi dəyişikliyi ilə bağlı çox narahatsınız. Bu, elədirmi?

- Narahatçılıq mütləq var. Çünki ilk oyuna fərqli hazırlaşmışdıq. Amma indi tam fərqli hazırlıq olacaq. Baxmayaraq, ki, rəqibin futbolçuları eynidi. Bu, ilk dəfə deyil. Əvvəllər də belə hallar olub. Dəyişikliyin işimizin faydası olacaq. Çünki meydanda çox düşünməli, diqqətli olmalıyıq. Narahatçılıq yox, bizim üçün hər hansı problem ola bilər. 

- Riçard Almeydanın Kiprdəki matçda cərimə zərbəsi zamanı yerdə uzanması maraqla qarşılandı...

- (gülür) Futbolda belə halların şahidi olmuşuq. Xüsusilə cərimə zərbəsi vurularkən yaxın məsafə olanda bundan yaxşı istifadə edirlər. Buna normal baxıram. Bəlkə də hər bir futbolçumuz qol buraxamaq üçün əlindən gələn köməyi etməlidi. Gələcəkdə də belə halların şahid ola bilərsiniz.
 
- Sizcə, rəqib yeni baş məşqçisi bu mərhələni keçmək üçün gəlib, yoxsa gələcəyi düşünərək?

- Bəlkə fərqli-fərqli fikirlər söyləyimiz düzgün çıxmaz. Baş məşqçinin məsuliyyəti hər oyunda var. Uğurlu nəticələri olsa belə. Nəticəni əsas baş məşqçidən soruşurlar. Böyük məsuliyyət məndə də var. Çünki oyunun gedişində hər an diqqəlti olmalıyıq. Yeni baş məşqçinin qalib gəlmək üçün taktiki gedişlərinə, hansı oyun sisteminə əl atmasına xüsusi fikir verməliyik. İnanmıram ki, APOEL-in yeni baş məşqçidən mütləq bu oyunu udmalısan deyə tələb olunur. Yəqin ki, gələcəyi düşünürlər. 

- Komandanın fiziki durumu, zədəlilər nə yerdədir?

- İnşallah, yaxşılığa doğru gedir. Yalnız Bədavi Hüseynov hələ də komandaya qoşulmayıb. Belə oyunlarda futbolçu sayının çox olması vacibdir. Digərlərinin durumu əvvəlki dövrlərdən daha yaxşıdı. 

- Necə düşünürsünüz, APOEL-lə oyununda hansı dəyişiklər olacaq?

- Oyun sistemində dəyişiklik ola bilər. Bilmirdim ki, bunadək əvəvl rəqibdə nələr olub. Bu, özlərinə aid şeydi. Komandada dəyişiklik olanda, futbolçular daha aqressiv olurlar. Baş məşqçiyə özlərini göstərmək istəyirlər. Ancaq iş öz üzərimizə düşür. Həddən artıq düşünməliyik.

- Son saniyələrdə vurulan qol sabahkı oyunla bağlı planlarınızı dəyişdimi?

- Təcrübə göstərir ki, 2:1, 2:0, 3:0 heç bir komandanı arxayınalşdırmır. Bəzi buraxılan qol ziyanına olur, bəzən də xeyrinə olur. Bilmək olmaz, bəlkə buraxdığımız qol xeyrimizə olacaq, futbolçular daha ciddi yanaşacaq. Həmin qol bir daha göstəir ki, matç final fitinədək oynanılır. 

- Əsas heyətdə dəyişiklik gözlənilir? Elə bir mövqe var ki, hələ də tərəddüd içərisindəsiniz?

- Sabah da səhər məşqimiz olacaq və bundan sonra əsas heyətlə bağlı yekun qərar verəcəyik.

- Səfər matçında qol vuran yeni hücumçunuz Maqaye Qeyenin sabah ilk dəqiqələrədən meydanda görə bilərik?

- Düşünürəm ki, yox. Çünki formasından hələ uzaqdı, fiziki durumu tam yerində deyil. Ancaq durumu yaxşılığa doğru gedir. Sonradan meydana çxımaq ehtimalı böyükdür.

- Mahir Kiprdə qol vurdu və son vaxtlar da haqqında transfer xəbərləri artır. Onunla bunlarla bağlı söhbətləşmisniz?

- Daim futbolçularla fərdi söhbət ediirk. Biri 2 ildən sonra böyüyür, biri 5. Hər futbolçuyla yaxşı oyundan sonra fərdi söhbətimiz olur ki, bu uğurlu çıxışını davam etsin. Futbolçu fikrini buna yönəltməlidi. Mahir get-gedə böyüməyə başlayır, daha təcrübəli olmalıdı. Bunu hiss edirik. Hər brir halda insan nəfsi fərqlidi. İnşallah, inanıram ki, Mahir yaxşı tərəfdən fikirləşərək sabahkı oyunda çıxışı yaxşı olmalıdı. (sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR