Qurban Qurbanov:

Qurban Qurbanov: "Çox vacib 3 xalı qazandıq"

"Fanatlar üçün çox maraqlı oyun alındı”.

Sport7.az saytının məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Təcürübəli mütəxəssis Topaz Premyer Liqasının XVII turu çərçivəsində səfərdə "Xəzər Lənkəran”ı 2:3 hesabı ilə məğlub etmələrinə şərh verib: "Onlara öz təşəkkürümü bildirmək istəyirəm. Həmişə bizə dəstək olurlar. Nəticəyə gəldikdə, çox vacib 3 xalı qazandıq. Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra nəhayət ki, qələbə qazandıq. "Xəzər Lənkəran" komandasına uğurlar arzulamaq istəyirəm. Biz isə qarşıdakı oyunlara hazırlaşıb, lazım olan nəticəni qazanmağa çalışacağıq".

PFL

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR