Qurban Qurbanov qrup mərhələsi üçün sifariş ərizəsini açıqladı - SİYAHI

Qurban Qurbanov qrup mərhələsi üçün sifariş ərizəsini açıqladı - SİYAHI

Avroliqanın qrup mərhələsinə 5-ci dəfə vəsiqə qazanmağı bacaran "Qarabağ"ın burdakı oyunlar üçün sifariş vərəqəsi hazırdı.
 
Sport7.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov ümumilikdə siyahıya 28 nəfərin adını daxil edib.  Bunlardan 23-ü "A", qalan 5 nəfər isə "B" siyahısında yer alıb. Qurbanovun əsas siyahısında 3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi, 2 hücumçunun adına yer verilib.

Siyahı aşağıdakı kimidi:

Qapıçılar: 1. Asmir Beqoviç, 12. Şahruddin Məhəmmədliyev, 13. Vaqner Da Silva
Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 23. Rerras Faysal, 30. Abbas Hüseynov, 55, Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı
Hücumçular: 11. Mahir Emreli, 99. Maqaye Qeye
Baş məşqçi: Qurban Qurbanov

Qurban bəyin "B" siyahısı isə bu futbolçulardan ibarətdi: 95. Məmməd Hüseynov, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 45. Rauf Hüseynli, 75. Toral Bayramov

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR