Qurban Qurbanov reytinqdə irləlilədi

Qurban Qurbanov reytinqdə irləlilədi

Dünyanın ən yaxşı futbol məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb.

Sport7.az xəbər verir ki, cədvəldə planetin 1000 ən yaxşı futbol mütəxəssisi yer alıb. Azərbaycan siyahıda bir məşqçi ilə təmsil olunub. Yeganə təmsilçimiz "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 

48 yaşlı mütəxəssis 1054 xalla reytinqdə 551-ci pillədə yer alıb. 

Koronavirus pandemiyası üzündən Azərbaycan Premyer Liqasının dayandırılması Qurbanovun irəliləməsinə mane olmayıb. Mütəxəssis ötən siyahı ilə müqayisədə 9 pilləlik yüksəlişə nail olub. O, ötən cədvəldə də 6 pillə irəliləyişə imza atmışdı. Ümumilikdə isə Qurbanov son üç həftədə 22 addım irəliləyib.

1-ci pillədə "Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp qərarlaşıb. İngiltərə Premyer Liqasının liderinin çalışdırıcısının aktivində 14 min 695 xal var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR