Qurbanov gerilədi, Bordin irəlilədi

Qurbanov gerilədi, Bordin irəlilədi

Dünyanın ən güclü məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. 

Sport7.az xəbər verir ki, 1000 məşqçinin yer alıdığı siyahıda Azərbaycanda fəaliyyət göstərən iki mütəxəssis yer alıb.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov reytinqdə geriləyib. Aktivinə xal yazdıra bilməyən mütəxəssis 1 pillə geriləyərək, 575-ci olub - 1054 xal.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1 pillə irəliləyərək 677-ci olub. Onun aktivində 818 xal var.

Siyahıya yenə "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir - 15917 xal. İkinci pillənin sahibi də dəyişməyib. "Liverpul"un çalışdırıcısı Yurgen Klopp 15309 xal ikinci olub. "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo 3-cü pilləni "Mançester Siti"dəki həmkarı Pep Qvardioladan geri alıb. Argentinalı mütəxəssis 12202 xala malikdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR