Qurbanova:

Qurbanova: "İspanlarla oyun gözlədiyimiz kimi alınmadı"

Voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Anastasiya Qurbanova qarşıdan gələn Finlandiya ilə matç haqda danışıb.
 
Sport7.az xəbər verir ki, xanım voleybolçumuz yaxşı hazırlaşdıqlarını söyləyib: "Zədələrim vaxtında milli komanda ilə məşqlərə qoşulmağıma mane oldu. Məşqlərə başladığım gündən çalışıram ki, oyunlarda yaxşı formada çıxış edim. Belarusla oyundan sonra mən də yığma ilə birlikdə məşqlərə başladım. İspanlarla oyunda isə əsas heyətdə çıxış etdim. Düzdü, ispanlarla oyun gözlədiyimiz kimi alınmadı. Biz istədiyimiz oyunu göstərə bilmədik. Qızıl Avropa Liqasında oyunlarımız davam edir. Növbəti oyunumuz Finalandiya komandası ilə olacaq. Çalışacağıq ki, bu görüşdə daha yaxşı oynayaq. Yeni Baş məşqçimizlə məşqlərə davam edirik, hər bir məşqdə texniki və taktiki yeniliklər öyrənirik. Ən əsası bütün komanda şəklində hər birimiz yaxşı məşq edir və çalışırıq ki, məşqçimizin bütün tapşırıqlarını düzgün yerinə yetirək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR