Qvardiola David Silvanın əvəzinə əlcəzairli futbolçu alır

Qvardiola David Silvanın əvəzinə əlcəzairli futbolçu alır

"Mançester Siti" David Silvaya əvəzləyici tapıb.
 
Sport7.az xəbər verir ki, bu barədə ingiltərə mətbuatında məlumat yer alıb. Belə ki, "şəhərlilər" "Milan"ın yarımmüdafiəçisi İsmayıl Bennaseri transfer etmək istəyirlər. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola artıq uzun müddətdi ki, 22 yaşlı əlcəzairlinin inkişafını izləyir və tezliklə ona klubda yer təklif edə bilər.

Bennaser A Seriyasının cari mövsümündə 20 matç keçirib, lakin nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR