"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro yardım edib.
Sport7.az xəbər verir ki, bu haqda İngiltərə mətbuatı məlumat yayıb. İspan mütəxəssis COVID-19 pandemiyası müddətində lazımi sanitar materalları almaq üçün pul toplayan Barselona Tibb Kollecinə vəsait göndərib.
Alınmış bütün əşyalar Kataloniya ərazisindəki klinikalara yönəldiləcək.
Qvardiolanın ödənişinədək 33 min avro toplanmışdı.
Sport7.az