Qvatemalalı futbolçunun yanmış meyiti aşkarlandı

Qvatemalalı futbolçunun yanmış meyiti aşkarlandı

Meksika klubu "Yuventud Komiteka"nın futbolçusu qvatemalalı Marvin Alberto Tomas öldürülüb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında yer alıb. 22 yaşlı oyunçu Meksikanın Tamaulipas əyalətində yandırılan 19 şəxsdən biri olub. Onların yanmış meyiti yük maşınında tapılıb.

Cəsədləri aşkarlanan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır. Nuevo-Leonla ştatının sərhədindəki hadisə səbəbindən səlahiyyətli qurumlar xəbərdar edilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə vaxtında çata bilməyib.
 

 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR