Rafael Ağayev Premyer Liqada finala yüksəlib

Rafael Ağayev Premyer Liqada finala yüksəlib

Azərbaycan idmançısı Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib.

Sport7.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən beşqat dünya çempionu həlledici görüşdə Ken Nişimura (Yaponiya) ilə üz-üzə gələcək. 

Bu qarşılaşma sentyabrın 8-də olacaq. R. Ağayev finaladək Fransa, Özbəkistan, Mərakeş və Ukrayna karateçilərinə qalib gəlib. 
  
Yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qoşulub. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (hər ikisi 67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR