Rahid Əmirquliyev

Rahid Əmirquliyev "Qarabağ" yolunda

Qışda "Xəzər Lənkəran"dan ayrılacağı dəqiqləşən milli komandamızın üzvünə artıq yeni təkliflər var.

Sport7.az xəbər verir ki, artıq Əmirquliyevlə "Qarabağ" arasında danışıqlar başlayıb. Tərəflər razılığa gəlməyə çox yaxındılar. Rahidin "Qarabağ"da oynamasında şəxsən Qurban Qurbanov da maraqlıdır. Belədə onun Ağdam təmsilçisinə keçmə ehtimalı yüksəkdi.

Qeyd edək ki, uzun müddətdir "Xəzər Lənkəran"ın şərəfini qoruyan futbolçunun xidmətində "Qəbələ" də maraqlıdır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR