Ramaldov fərdi məşqlə kifayətləndi

Ramaldov fərdi məşqlə kifayətləndi

"Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.
 
Sport7.az xəbər verir ki, "Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 2-ci gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar.

İlk məşq fitnes zalında gerçəkləşib. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada reallaşıb. Komanda üzvləri toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb.
 
Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov fərdi hazırlıqla kifayətlənib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR