Ramil Quliyevdən Bərdə törədilən terrora reaksiya - FOTO

Ramil Quliyevdən Bərdə törədilən terrora reaksiya - FOTO

Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev ermənilərin Bərdəyə atdığı raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

Sport7.az xəbər verir ki, 30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib. O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Quliyev həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

Təcrübəli atlet ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı paylaşım etmişdi.

Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR