Ramil Şeydayev əvəzedici komandada oynayacaq

Ramil Şeydayev əvəzedici komandada oynayacaq

"Sabah”ın əvəzedici komandası bu gün Birinci Divizionun 16-cı turu çərçivəsində "Qaradağ Lökbatan”la qarşılaşacaq.
 
Sport7.az xəbər verir ki, Azərbaycan millisinin və "Sabah”ın əsas komandasının hücumçusu Ramil Şeydayev də sözügedən qarşılaşmada iştirak edəcək.
 
Millimizin də formasını geyinən futbolçu "Qaradağ Lökbatan”la matçın start heyətində yer alıb.
 
Qeyd edək ki, "Sabah-2” - "Qaradağ Lökbatan” oyununa saat 15:00-da start veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR