Ramil Şeydayev üzr istədi:

Ramil Şeydayev üzr istədi: "Ağlamırdım..."

Millimizin və Rusiyanın "Krılya Sovetov" klubunun hücumçusu Ramil Şeydayev Slovakiyaya 1:5 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Sport7.az xəbər verir ki, bu barədə futbolçu öz "facebook" səhifəsində yazıb.

Şeydayev oyundan sonra müsahibə zamanı ağlaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim".
 
Xatırladaq ki, görüşdə komandamızın yeganə qoluna Ramil Şeydayev imza atıb. 
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR