Ramil Şeydayevin sabiq komanda yoldaşları koronavirusa yoluxdu

Ramil Şeydayevin sabiq komanda yoldaşları koronavirusa yoluxdu

Rusiya təmsilçisi "Dinamo"nun (Moskva) 3 futbolçusu koronavirusa yoluxub. 

Sport7.az xəbər verir ki, paytaxt komandasından qapıçı David Sanqare, müdafiəçi Roman Yevgenyev və hücumçu Silvestr İqbunun testi müsbət nəticə göstərib. Bundan başqa klubun məşqçisi Dmitri İzotov və tibbi heyətin rəhbəri Aleksey Pleskov da COVID-19 yoxlamasından keçə bilməyib. Daha əvvəl "Dinamo"da Direkorlar Şurasının sədri Yuri Solovyovda da koronavirus aşkarlanıb. 

Komandanın mayın 21-nə planlaşdırılan məşqi qeyri-müəyyən müddətək təxirə salınıb. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsi haqda qərar çıxarılıb. 

Daha əvvəl "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyev və "Lokomotiv"in hücumçusu Cefferson Farfandan da koronavirus üzə çıxıb. 
 
Millimizin hücumçusu Ramil Şeydayev qış fasiləsində "Dinamo"dan ayrılıb  "Sabah"a transfer olunmuşdu. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR