Ramin Musayev erməniləri üzdəniraq adlandırdı

Ramin Musayev erməniləri üzdəniraq adlandırdı

"Artıq neçə ildir hansı vəziyyətdə yaşamağımız, torpaqlarımızın neçə faizinin işğal altında olması bəllidir. Ona görə də bu cür hadisələrin baş verməsini elə də sensasion saymaq olmaz. Erməni kimi üzdəniraq qonşumuz varsa, belə hadisələr gözləniləndir".
 
Sport7.az xəbər verir ki, bu fikirləri"Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində yaşanan hərbi əməliyyatlar barədə danışarkən deyib.
 
PFL rəhbəri bildirib ki, Azərbaycanın bu cür üzdəniraq qonşusu varsa, belə hadisələr gözləniləndir: "Qonşular həm xoş, həm də pis günlərini bölüşməlidirlər. Bizim xalq qeyrətlidir. Gəlin, bir az keçmişə nəzər yetirək. 1988 - 1990-cı illərə baxsaq, görərik ki, keçmiş SSRİ-də ilk dəfə o böyüklükdə rus imperiyasına qarşı çıxan məhz bizim millət oldu. 20 Yanvar hadisəsi oldu, qorxmadıq. Biz vətənə, millətə görə tankın qabağına əliyalın çıxan xalq olmuşuq. Biz qorxaq millət deyilik".
 
R.Musayevin sözlərinə görə, ölkə xaricində olarkən dəfələrlə digər millətin nümayəndələrindən xalqımızın igidliyi barədə xoş fikirlər eşidib: "Doğrudan da, digər ölkələrin heç biri bizdəki gərginliyi, ağır dövrləri görməyib. Amma biz bu çətinliklərin hər birinə qalib gəldik. Ola bilsin, oxucular sual verərlər ki, bu, nə danışır, güclü millətiksə, niyə ermənilərin qarşısında aciz qalmışıq? Xeyr, aciz deyilik. Şəxsi fikrimdir, bu gün onların arxasında duranlar 1 sutka əllərini çəksələr, bizə İrəvanda oturmaq üçün 12 saat bəs edər. Bu, bizim üçün çox asandır. Sadəcə, arxalarında möhkəm dayanıblar".
 
PFL prezidenti öz növbəsində Azərbaycanı göydə Allah, yerdə Türkiyənin dəstəklədiyini vurğulayıb: "Son hadisələrə Türkiyə heç də soyuq yanaşmadı və bəyanatlarla çıxış etdilər. Hadisələrin təkrarlanması yenidən mümkündür. Sadəcə elə məqamlar var ki, insanı özündən çıxarır".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR