"Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

Xorvatiya yığmasının "AVRO-2020"nin seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. 

Sport7.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç heyətə 23 futbolçu ilə yanaşı, 6 ehtiyat oyunçu cəlb edib. 

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Luton", İngiltərə)
Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Borna Barişiç ("Reyncers", Şotlandiya) Karlo Bartolets ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Rizespor", Türkiyə)
Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlasiç (ÇSKA, Rusiya)
Hücumçular: İvan Perişiç ("İnter", İtaliya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Berkalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç, Mislav Orsiç ("Dinamo", Zaqreb)

Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisi ilə üz-üzə gələcək. Hər iki görüş səfərdə olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR