"Real" baş məşqçisi ilə müqavilə yenilədi

"Real" baş məşqçi Pablo Lasonun müqaviləsini yeniləyib.

Saziş 2021-ci ilə kimi nəzərdə tutulub. 51 yaşlı mütəxəssisin əvvəlki anlaşma şərtləri yenilənib.

Laso 2011-ci ildən "Real"ın basketbol komandasını çalışdırır. Onun rəhbərliyi altında Madrid klubu 4 dəfə İspaniya ACB Liqasının, 5 dəfə Kral Kubokunun, 4 dəfə İspaniya Superkubokunun, 2 dəfə isə Avroliqanın qalibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR