"Real" dünya çempionu ilə yolları ayırır

"Real" futbolçusu Rafael Varanla yollarını ayıra bilər.

Sport7.az xəbər verir ki, bu haqda "Sport.es" nəşri yazıb. 28 yaşlı müdafiəçi yayda Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Fransalı oyunçunun "Kral Klubu" ilə müqaviləsi 2022-ci ilin iyulunda başa çatır. Varan bu yay başqa komandaya keçsə, paytaxt klubuna əlavə gəlir gətirə bilər.

Müdafiəçi 2011-ci ildən "Real"ın formasını geyinir. O, cari mövsüm 24 matçda meydana çıxıb. Müdafiəçi 2018-ci ildə Fransa yığması ilə Rusiyada keçirilmiş dünya çempionatının qalib olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR