"Real" dünya çempionu ilə yollarını ayırdı

"Real" qapıçısı Alfons Areola ilə yollarını ayırıb. 

Sport7.az xəbər verir ki, bu haqda Madrid təmsilçisinin rəsmi saytı vasitəsilə bildirilib. Müqavilə ilə PSJ-yə məxsus olan 27 yaşlı qolkiperin icarə müddəti başa çatıb. "Kral klubu" Areolanı Paris təmsilçisindən almaqdan imtina edib. 

Cari mövsüm 9 rəsmi matçda meydanda olan Alfons 11 qol buraxıb. O, 2018-ci ildə Fransa millisinin heyətində 3-cü qapıçı kimi Rusiyada keçirilən dünya çempionatında çempionluq yaşayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR