"Real" fantastik klubdu" - Sterlinq

"Mançester Siti"nin vinqeri Rahim Sterlinq "Real"a potensial transferi barədə danışıb.

İngilis futbolçu "Real"ın böyük klub olduğunu qeyd etməklə yanaşı, hazırda "Siti"də xoşbəxt olduğunu bildirib:

"Hazırda "Mançester Siti"də oynayıram və çox xoşbəxtəm. "Real" fantastik klubdu. Ağ formanı görən kimi, onun necə böyük mənalar ifadə etdiyini anlayırsan.

Mənim "Mançester Siti" ilə müqaviləm var və sözləşməmə hörmətlə yanaşmalıyam. Amma dediyim kimi, "Real" fantastik klubdu".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR