"Real" "Mançester Yunayted"in istədiyi futbolçuya "elçi" düşüb

"Vest Hem"in müdafiəçisi Deklan Rays Avropanın nəhəng klublarının maraq dairəsindədi.

Bu barədə "Vest Hem" və "Çelsi"nin sabiq müdafiəçisi Skott Minto məlumat verib. Onun sözlərinə görə, "Real" 20 yaşlı ingilis futbolçunu heyətinə qatmağa çalışır.

"Eşitdiyimə görə, hətta "Real" da onun xidmətində maraqlıdı. Hazırda Raysın ailəsi ilə mümkün transferin detallarını müzakirə edirlər. Mənbəmin adını qeyd etməyəcəm, sadəcə, inamlı biri olduğunu deyə bilərəm", - deyə Minto bildirib.

Daha öncə "Mançester Yunayted"in Deklan Raysı transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR