"Real" İtaliya təmsilçisi "Atalanta"ya qarşı ilk matçdan sonra ÇL-in tarixinə düşüb.
Sport7.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında yazılıb. "Real" üçün bu görüş artıq 1992-ci ildə birincilik formatının dəyişməsindən Avropanın əsas klub yarışında 100-cü olub. "Real Madrid” o vaxtdan Çempionların Liqasının 25 mövsümündə iştirak edib və hər mövsümdə qrup mərhələsinə yüksəlib.
Görüş "Kral Klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu 86-cı dəqiqədə Ferlan Mendi vurub. "Real" həmçinin yeganə klubdur ki, pley-off matçlarında 50 qələbə qazanıb.
Turnirin formatını dəyişməsinə qədər yarış Avropa Çempionları Kuboku adlanırdı.
Sport7.az